Şahruddin Türkiyə Superliqası klubuna keçir

13:56 - 06 Sentyabr 2023

Şahruddin Türkiyə Superliqası klubuna keçir

Azərbaycan milli komandası və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

29 yaşlı qolkiperin Superliqa təmsilçisi “Adana Dəmirspor” klubu ilə 2+1 illik müqavilə bağladığı qeyd olunub.

Bildirilib ki, Türkiyə klubu keçid üçün "atlılar"a təzminat ödəməyəcək. Şahruddin Türkiyədə yerli futbolçu statusu ilə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az