Ötən yay "Mançester Yunayted"lə 95 milyon avroya müqavilə imzalayan braziliyalı futbolçu Antony şəxsi həyatı ilə gündəmdədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ulduz futbolçusu keçmiş sevgilisi Qabriela Kavalinə fiziki təzyiq göstərdiyinə görə Braziliya Milli Komandasının heyətindən kənarlaşdırılıb.
Braziliya mətbuatının yazdığına görə, Antoni keçmiş sevgilisinə təhdid mesajları göndərib. Bununla da qalmayıb, braziliyalı futbolçu Kavalinə fiziki hücum edib. Zorakılığa məruz qalan qadının başının qanadığı əks olunan fotoşəkillər ortaya çıxıb.
Qeyd edək ki, Antony Braziliya Milli Komandası ilə 15 oyun keçirib və 2 qol vurub. "Mançester Yunayted"in heyətində isə 47 matçda iştirak edən braziliyalı futbolçu 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Aygün
Manşet.az