"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm" 

21:14 - 27 Noyabr 2025

\"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm\" 

Müğənni Vəfa Şərifova açıqlaması ilə diqqət çəkib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi özünü yaxşı ana hesab etmədiyini deyib.

Onun sözlərinə görə, övladı üçün istədiyi qədər nələrsə etməyə vaxt tapa bilmir:

"Yaxşı ana olduğumu düşünmürəm. Övladım üçün istədiyimi edə bilmirəm, vaxt çatdıra bilmirəm".

Şərifova həmçinin həyat yoldaşına olan münasibətindən danışıb:

"Həyat yoldaşıma çox sadiq insanam. Dünya dağılar, ölərəm - həyatımda olan insana xəyanət etmərəm. Amma kaprizlərim çoxdur və kinim var. Elə şeylər var ki, mənə olunmamalıdır. Edilibsə, keçmirəm".

Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az