Vyanada keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsi tamaşaçılar üçün yenilənmiş qaydalarla baş tutacaq.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, iştirakçıların çıxışları zamanı tamaşaçılara dünyada mövcud olan bütün rəsmi bayraqları nümayiş etdirməyə icazə veriləcək.
"Avroviziya-2026"nın icraçı prodüseri Mixael Kroen bildirib ki, təşkilatçılar auditoriyanın reaksiyalarını gizlətmək və ya bəzəmək niyyətində deyillər. Onun sözlərinə görə, müsabiqənin əsas məqsədi hadisələri olduğu kimi tamaşaçılara təqdim etməkdir.
Bundan əlavə, zalda eşidilən fit səsləri və digər reaksiyalar da səssizləşdirilməyəcək.
Qeyd edək ki, "Avroviziya-2026" mahnı müsabiqəsi gələn il mayın 12-16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.