ATV kanalında yayımlanan daha bir verilişdə dəyişiklik edilib.
Manset.az axşam.az-a istinadən bildirir ki, səhər saatlarında telekanalda bundan sonra "Xəbərin olsun" layihəsi yayımlanacaq. Verilişin aparıcılığı Kübra Məhərrəmova və Sərdar Aminə həvalə edilib. Proqram həftəiçi 5 gün saat 07:30-da efirə gedəcək.
Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı "ATV Səhər" adlanırdı.