İcra başçısının bacısı işdən çıxarıldı 

10:12 - 09 Fevral 2026

İcra başçısının bacısı işdən çıxarıldı 

Bakıda 54 saylı məktəbin direktoru işdən çıxarılıb. 

Manset.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə imzalanmış müvafiq əmrlə Bakı şəhəri 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova işdən çıxarılaraq təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Pərvin Ağasıyev direktor vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, işdən çıxarılan Sahibə Abbasova Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun bacısıdır. 


Fotoda Sahibə Abbasova




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az