logo
logo logo
logo

Xaləddin İsgəndərovun bacısı oğlu və Elçin İbrahimov barədə İLGİNC İDDİA

14:10 - 14 İyul 2026

Xaləddin İsgəndərovun bacısı oğlu və Elçin İbrahimov barədə İLGİNC İDDİA

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov və xəstəxananın inzibati məsələlər üzrə direktor müavini Araz Əliyev barədə şikayətlər var.


Bir qrup vətəndaş Manset.az-a müraciət edərək bildirirlər ki, xəstəxanada qeydiyyatsız xəstələrin qəbulu həyata keçirilir. İddia edirlər ki, baş həkim iş vaxtı vəzifə öhdəlikləri əvəzinə pianinoda ifa edir. Bundan əlavə, baş həkim Bakı şəhərində bir neçə "coffee shop" və çoxsaylı mənzilə sahib olduğundan iş vaxtı həmin obyektlərə baş çəkir.

Digər iddiaya görə, xəstəxananın inzibati məsələlər üzrə direktor müavini Araz Əliyevin bu vəzifə üçün kifayət qədər iş stajına malik olmadığı və təyinatının qohumluq əlaqələri ilə baş tutduğu irəli sürülür.

İddialara görə, o, Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun bacısı oğludur. Əvvəllər sürücü kimi çalışıb. Həmçinin, kompüterdə ofis proqramları ilə sərbəst işləmək bacarığının olmadığı da iddia edilir.

Qeyd edək ki, hər iki şəxs TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun dövründə vəzifəyə gətirilib. Vətəndaşlarla yanaşı, işçilərin də adıçəkilən şəxslərlə bağlı şikayətləri var.

Fotoda Araz Əliyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az