logo
logo logo
logo

“Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL 

09:30 - 18 Avqust 2026

“Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL 

Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yaşayan İlkin Hümmətov binanın zirzəmisində aparıldığı iddia edilən işlərdən şikayətçidir.


Bununla bağlı Manset.az-a müraciət edən şikayətçi bildirir ki, 6 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilinin birbaşa altındakı zirzəmi hazırda qanunsuz işlər görülür. Onun sözlərinə görə, hündürlüyü təxminən 60-70 santimetr olan həmin sahənin hazırda obyektə çevrilməsinə cəhd edilir.

İlkin Hümmətovun iddiasına görə, MTK və Hakim adlı şəxs birləşərək zirzəmini qanunsuz şəkildə kommersiya obyektinə çevirmək üçün binanın alt hissəsində qazıntı işləri aparıb, hətta giriş-çıxış qapısı da qoyublar.

Sakin bildirir ki, qazıntı zamanı onun mənzilinə aid kommunal xətlərə böyük ziyan dəyib. Onun sözlərinə görə, aparılan işlər nəticəsində binanın konstruksiyasının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaranıb.

Şikayətçi hesab edir ki, görülən işlər yalnız onun mənzilinə deyil, bütövlükdə binada yaşayan sakinlərə təhlükə yarada bilər.

“Binada yüzlərlə sakin yaşayır. Binanın altının qazılması nəticəsində mənzilimin uçma təhlükəsi yaranıb. Burada söhbət təkcə mənim əmlakımdan getmir, yüzlərlə insanın həyatından gedir”, – deyə İlkin Hümmətov bildirib.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az