ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin davam etdiyi Hörmüz boğazında daha bir ölkəni təhdid edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-nin fəaliyyətinə mane olunacağı təqdirdə həmin ölkəni şiddətli şəkildə bombalayacaqlarını bildirib.
“Fox News” müxbiri Trey Yanqst Tramp ilə müsahibəsindən ABŞ Prezidentinin Hörmüz boğazı ilə bağlı açıqlamalarını yayıb.
Yanqstın sözlərinə görə, Trampdan Omanın ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə etməsi halında necə davranacağı soruşulub. Tramp isə buna belə cavab verib:
“Əgər Oman qarşımıza çıxsa, onları şiddətli şəkildə bombalayarıq”.
Tramp həmçinin İran İnqilab Keşikçiləri Korpusunun rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu bildirib.