logo
logo logo
logo

Sabirabadda 2 maşın toqquşdu - Yaralılar var 

18:29 - 17 Avqust 2026

Sabirabadda 2 maşın toqquşdu - Yaralılar var 

Sabirabadda avtoqəzada 4 nəfər xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "KİA" və"Opel" markalı minik avtomobilləri toqquşub.

Xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 17.08.2026-cı il tarixində 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.Hazırda 1 nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az