logo
logo logo
logo

Şahin Bağırov məşhur Xalq artistinin oğluna xəbərdarlıq etdi - FOTO

12:38 - 25 Sentyabr 2026

Şahin Bağırov məşhur Xalq artistinin oğluna xəbərdarlıq etdi - FOTO

Azərbaycanın məşhur Xalq artistinin oğluna xəbərdarlıq edilib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb. Yoxlamalar nəticəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının bir sıra qanun pozuntularına yol verdiyi müəyyən edilib.

Nəticədə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmova Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tərəfindən xəbərdarlıq edilib. Ona işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib. 

Qeyd edək ki, xəbərdarlıq edilən Mehdi Qədir oğlu Rüstəmov Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun oğludur. 

Fotoda Xalq artisti Qədir Rüstəmov: 



Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az