logo
logo logo
logo

“REAL TV-nin əməkdaşlarına edilən hücum ciddi problemi üzə çıxardı” - Fazil Mustafa

16:08 - 29 Oktyabr 2026

“REAL TV-nin əməkdaşlarına edilən hücum ciddi problemi üzə çıxardı” - Fazil Mustafa

Xəbər verdiyimi kimi, ötən gün REAL TV-nin jurnalist əməkdaşları iş prosesi zamanı hücuma məruz qalıb. Hadisə mediaya qarşı aqressiya, məktəblərdə təlim-tərbiyə məsələləri və gənclər arasında zorakılıq meyilləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa hadisə ilə bağlı Manset.az-a açıqlama verib. Deputat bildirib ki, mediaya hücum hallarının yenidən baş verməsi, xüsusilə də məktəb mühitində belə aqressiyanın müşahidə olunması ciddi narahatlıq doğurur.

“Ümumiyyətlə, mediaya hücum halları uzun müddətdir Azərbaycan cəmiyyətinin gündəmindən çıxmışdı. Birdən-birə belə aqressiyanın, xüsusilə də məktəb mühitində müşahidə olunması çox təhlükəli simptomlardan xəbər verir. Məktəb şagirdlərinin və ya məktəb personalının bu cür hadisələrdə fəallıq göstərməsi olduqca təhlükəlidir. Bu, məktəblərdə tərbiyənin vəziyyətini göstərən əsas məqamlardan biridir.

O baxımdan, medianı birmənalı şəkildə dəstəkləməliyik. REAL TV-nin əməkdaşına edilən hücum əslində cəmiyyətimizdə mövcud olan çox ciddi bir problemi üzə çıxardı. Burada ilk növbədə məktəbdə təlim-tərbiyə məsələsi, ikinci növbədə isə gənclər arasında aqressiyanın hansı dərəcədə kəskinləşməsi və bu aqressiyanın mediaya yönəlməsi narahatlıq doğurur”, – deyə Fazil Mustafa qeyd edib.

Deputat hadisədə təqsiri olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

“Hər halda, biz jurnalistimizi dəstəkləyirik, REAL TV-nin rəhbərliyinə keçmiş olsun deyirik. Hesab edirik ki, bu hadisədə təqsirli şəxslər müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdırlar”, – deyə komitə sədri əlavə edib.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az