“Yeni Suraxanı–Hövsan dəmir yolu xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək”.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində xətt boyunca stansiyaların yerləşmə məntəqələri müəyyənləşdirilib və optimallaşdırma işləri aparılıb.
B.Hacıyev əlavə edib ki, hər stansiyada piyada keçidlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, avtomobil yolları ilə dəmir yolunun kəsişdiyi ərazilərdə bir neçə müxtəlif səviyyəli körpünün inşası planlaşdırılır.
Fidan Vəlisoy