Azerbaijan flag

Antalya COP31 Azərbaycan pavilyonundan VİDEOREPORTAJ

12:58 - 11 Noyabr 2026

Antalya COP31 Azərbaycan pavilyonundan VİDEOREPORTAJ

Türkiyənin Antalya şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası davam edir. Konfrans çərçivəsində Azərbaycanın milli pavilyonu fəaliyyətə başlayıb. 


Manset.az xəbər portalı da konfransda baş verən prosesləri işıqlandıracaq media qurumlarındandır. Portalımızın baş redaktoru Əli Vəliyev Azərbaycan pavilyonu ilə bağlı reportaj hazırlayıb.

“Dialoq Dəhlizi” konsepsiyası əsasında hazırlanan pavilyon Heydər Əliyev Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə qurulub.

244 kvadratmetr sahəni əhatə edən pavilyonda Azərbaycanın yaşıl enerji layihələri, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji potensialı, Xəzər dənizinin ekoloji vəziyyəti və su ehtiyatlarının qorunması istiqamətində görülən işlər təqdim olunur.

Özəl məqamlardan biri Xəzər suitisinin ilk dəfə Azərbaycan pavilyonunun rəsmi maskotu kimi təqdim edilməsidir.

COP31-in iki həftəsi ərzində pavilyonda 40-dan çox tədbir, panel müzakirəsi və ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Müzakirələrdə yaşıl enerji əməkdaşlığı, təmiz hidrogen, enerji keçidi və iqlim layihələrinə investisiyaların cəlb edilməsi məsələləri diqqət mərkəzində olacaq.

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Anar Ələkbərov da Azərbaycan pavilyonunu ziyarət edib və stendlərlə tanış olub. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az