Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? - VİDEO

23:17 - 24 Fevral 2024

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? - VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər bəzi sualları gündəmə gətirib.

 

Bəs süni mayalanma yolu ilə uşaq sahibi olan valideynlər boşanma qərarı verərsə, ana övladının bioloji atası olmayan kişidən aliment tələb edə bilərmi?

Manset.az xəbər verir ki, hüquqşünas Akif Əlizadə məsələ ilə bağlı bildirib ki, qanunvericiliyə görə, süni mayalanma ilə doğulan uşağın doğum şəhadətnaməsində ata kimi qeyd olunan şəxs aliment ödəməlidir.

A.Əlizadə onu da bildirib ki, alimentin ləğv olunması yalnız bir halda mümkündür:

"Əgər şəxsin atalıq faktı bioloji olaraq sübut olunmazsa, bu, məhkəmə prosesində həll olunur. Bundan sonra şəxsin atalıq öhdəliyi qalmır". ///oxu.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az