Macarıstanın yeni prezidenti kimdir?

22:38 - 26 Fevral 2024

Macarıstanın yeni prezidenti kimdir?

Macarıstan parlamenti Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaş Şuyoku ölkənin yeni prezidenti seçib.

 

Manset.az xəbər verir ki, yeni prezidentin seçilməsi yaz sessiyasının ilk günündə baş tutub. Belə ki, 67 yaşlı Şuyokun namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.

Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az