Ermənistanın İstintaq Komitəsi saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verib
Manset.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, araşdırmalar zamanı Ruslan Pənahov səhvən Ermənistan tərəfinə keçib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə sərhəddə azan Azərbaycan əsgərinin saxlanıldığı barədə xəbər yayıb. Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb.