BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri müəyyənləşib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə müvəqqəti üzvlər seçilib.
Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən - beş daimi və Baş Assambleya tərəfindən iki il müddətinə seçilən on müvəqqəti üzvdən ibarətdir.
Daimi üzvlər isə - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.