İyunun 24-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə iki ölkənin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.
Mərasimdə çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev nümayəndə heyətinin səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinə dəstəyinə görə Azərbaycan Respublikası hökumətinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri sonuncu dəfə 2019-cu ildə təşkil edilib: “İstəyirik ki, bundan sonra bu tədbiri ildə bir dəfə olmaqla mütəmadi keçirək. Məhz bu kimi mədəni layihələr iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin daha da inkişafına şərait yaradır. İnanıram ki, bu gün Rusiyalı incəsənət ustalarının azərbaycanlı həmkarları ilə birgə çıxışı da bu əməkdaşlığın ən gözəl nümunəsi kimi alqışlanacaq”.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında Azərbaycan və Rusiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf etdiyini bildirib.
Çıxışlardan sonra möhtəşəm qala konsert təqdim olunub. Konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor – Rusiyanın Əməkdar artisti İvan Rudin) Aleksey Melnikov (fortepiano), Sergey Doqadin (violin) və Mariya Barakovanın (mezzo-soprano) çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb. Gecədə Azərbaycan vokalçılarının rusiyalı ifaçılarla birgə səhnəni bölüşməsi də böyük alqış doğurub.
P.Çaykovski, S.Raxmaninov, D.Şostakoviç və N.A.Rimski-Korsakovun əsərlərinin yer aldığı proqram tamaşaçılara unudulmaz anlar bəxş edib.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.
Həmin gün sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.
Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimi oldu - FOTO
12:41 - 25 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
25 May 2026 - 15:00
Bakıdan Tbilisiyə gedəcək sərnişinlərdən bu sənədlər tələb olunacaq - SİYAHI
25 May 2026 - 23:48
"Hansı vaqonda gedəcəksiniz, lüks yoxsa ekonom?" sualına cavab verdi - VİDEO
25 May 2026 - 11:40
Azərbaycan Xalq Cümhuriyyəti - Müstəqilliyə aparan yol
25 May 2026 - 13:57
Azərbaycanda müğənni qəfil vəfat etdi - FOTO
25 May 2026 - 12:44
Tanınmış aktyor vəfat etdi - FOTO
25 May 2026 - 18:30
Manset.az-ın Kənd təsərrüfatını tənqidi qərəzli deyildi - Prezidentdən SƏRT İRADLAR
25 May 2026 - 16:07
Prezident müşavirə keçirdi - YENİLƏNİB
25 May 2026 - 09:25
Qurban bayramı ilə bağlı fətva verildi
25 May 2026 - 10:31
Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu
25 May 2026 - 17:20
İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR
25 May 2026 - 12:51
Çində dəhşətli XƏBƏRDARLIQ - Minlərlə insan köçürülür
25 May 2026 - 12:36
Emin Sevdimalıyev yeni vəzifəyə təyin edildi
Xəbər xətti
- 26 May 2026
- 01:30 Ömrünün uzun olmasını istəyənlərə sadə “5-4-3-2-1-0” qaydası
- 00:30 "Tottenhem" onu hədəfə aldı
- 25 May 2026
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:48 "Hansı vaqonda gedəcəksiniz, lüks yoxsa ekonom?" sualına cavab verdi - VİDEO
- 23:38 “Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır”
- 23:24 Türkiyədə zəlzələ oldu
- 23:00 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov - VİDEO
- 22:59 "Məni seçkiyə Şeyx Əbdülün yubileyi adı altında dəvət ediblər" - Tariyel Qasımov
- 22:43 İranda internetlə bağlı mühüm qərar - Pezeşkian təsdiqlədi
- 22:32 “Azərbaycan nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmləri tətbiq edir”
- 22:17 "Şamaxı" Rüfət Abbasovla vidalaşdı
- 21:52 Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi
- 21:31 Nazir şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşdü - FOTOLAR
- 21:16 Babək Niftəliyevə vəzifə verildi
- 21:05 “Böyük Qayıdış” WUF13-də - Dünya üçün nümunəvi model
- 20:52 Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik etdi
- 20:44 Əlilliyi olan şəxslərin sosial xidmət müəssisəsinə baş çəkildi - FOTOLAR
- 20:33 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 20:16 Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi
- 19:57 Gəncədə maşınlar toqquşdu - Yaralılar var
- 19:42 İlham Əliyev Şahbaz Şərifə məktub ünvanladı
- 19:26 “Heç kəs mane ola bilməyəcək, seçkini keçirəcəyik” - Əli İsa Cabbarov
- 19:14 Bu ərazilərdə qaz kəsiləcək - Sakinlərin NƏZƏRİNƏ
- 18:52 Prezident Si Cinpinə başsağlığı verdi
- 18:37 Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- 18:30 Manset.az-ın Kənd təsərrüfatını tənqidi qərəzli deyildi - Prezidentdən SƏRT İRADLAR
- 18:29 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 18:12 Toral Bayramov “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
- 18:02 "İran ilə danışıqlarda irəliləmələr var" - Marko Rubio
- 17:48 "Fars körfəzində PUA vuruldu" - İran
- 17:39 İcra başçısı Türkiyədə təhsil alan jurnalistlə görüşdü
- 17:32 Emin Əmrullayev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda - FOTOLAR
- 17:30 “Hökumətə tapşırıram ki, vəsait tapılsın”
- 17:26 Yasamalda 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi - FOTOLAR
- 17:20 İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR
- 17:15 İlham Əliyevdən kənd təsərrüfatı ilə bağlı SƏRƏNCAM
- 17:15 Mədəndə qəza - 28 ölən var
- 17:08 Alış-veriş mərkəzində dəhşətli hadisə - 19 nəfər xəstəxanalıq oldu
- 17:07 AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər
- 17:04 "Köhnədən yeni olmaz" - Namizəddən Aziz Yıldırıma MESAJ
- 17:01 Putin İlham Əliyevi təbrik etdi
- 16:59 Ərdoğan həmkarı ilə telefonla danışdı
- 16:59 Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi
- 16:54 “Ana dili: kimlik və gələcək” konfransı keçirildi - FOTOLAR
- 16:49 Pilot infarkt keçirdi - Təyyarə təcili eniş etdi
- 16:42 Hesablama Palatası Kino ittifaqı yoxlamağa başladı - Möhür katibdən alındı
- 16:32 Nəsli kəsilmiş quş növləri belə bərpa olunacaq - Elm sahəsində şok hadisə
- 16:29 İranda həlak olan konsulumuz dəfn olundu
- 16:27 “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - İlham Əliyev
- 16:24 Sabahkı sədr seçkilərinə ETİRAZ - Bəyanat yaydılar
- 16:21 Əraqçi BMT toplantısında iştirak etməyəcək - SƏBƏB