BMT baş katibi Qarabağa səfər edəcəkmi? - Açıqlama

23:30 - 29 İyul 2024

BMT baş katibi Qarabağa səfər edəcəkmi? - Açıqlama

Noyabra qədər BMT Baş katibi Antonio Quterreşin Azərbaycana səfəri nəzərdə tutulmayıb.

 

Manset.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Report-a açıqlamasında deyib.

Baş katibin Bakıya səfəri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəyinə dair hansısa planın olması barəsində suala cavab verən sözçü noyabr ayında bu məsələ barədə məlumat verilə biləcəyini deyib:

"Hələ iyul ayıdır, mən səyahət haqqında danışmayacağam. Ola bilər ki, bu, noyabra qədər baş verməyəcək".

Qeyd edək ki, Quterreş COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az