İranın Ali Milli Təhlükəsizlik Şurası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirir.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, iclas ölkənin ali lideri Əli Xameneinin iqamətgahında baş tutur.
Toplantıda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləri iştirak edir.
Qeyd edək ki, İsmayıl Haniyəyə qarşı sui-qəsd Tehrandakı iqamətgahında baş verib. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.