Albaniyanın Baş naziri Edi Rama AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan və Qazaxıstana başsağlığı verib.
Manset.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Albaniya adından dostlarımıza və qardaş ölkələrə - Azərbaycan və Qazaxıstana dərin hüznlə başsağlığı verirəm”, - Albaniya Baş nazirinin paylaşımında deyilir.