Emoməli Rəhmon İlham Əliyevə başsağlığı verdi

20:50 - 25 Dekabr 2024

Emoməli Rəhmon İlham Əliyevə başsağlığı verdi

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı ilə bağlı faciəli xəbəri dərin hüznlə və kədərlə qarşıladım.

Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bütün zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az