“AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. “Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək.”
Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi” .
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - Kamaləddin Qafarov
10:47 - 09 Yanvar 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

“Tarixi bəyannaməni alqışlayırıq” - Polşa XİN

“Azərbaycan Prezidentinin Vaşinqtona səfəri bölgədə yeni reallıqların əsasını qoydu”

Ağ Ev İlham Əliyevin postunu paylaşdı - FOTO

"Vaşinqton Bəyannaməsinə İran rəsmilərinin mövqeyi ikrah doğurur"

Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və nəticələri alqışlayır - REZUME

İsrail Prezidenti ilə Baş nazirindən Azərbaycan lideri və xalqına TƏBRİK

Ceyhun Bayramov həmkarı ilə ABŞ səfərini müzakirə etdi

Şavkat Mirziyoyev Azərbaycan xalqını təbrik etdi

"İran ya Rusiya ilə, ya da tək Zəngəzur dəhlizinin açılmasına mane olacaq" - Xameneyinin müşaviri

Zəngəzur dəhlizi Rusiyanın əlindən niyə çıxdı? – Vaşinqton razılaşmalarının şok detalı

İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi

Rusiyadan ABŞ görüşünə rəsmi reaksiya
Xəbər xətti
- 10 Avqust 2025
- 12:56 Rusiyada güclü zəlzələ
- 12:37 Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ
- 12:18 Leysan, şimşək, dolu... - Sabahın havası
- 11:59 Ağdamda baş verən yanğın söndürüldü - VİDEO
- 11:41 Çində çikungunyaya 1 387 yeni yoluxma
- 11:14 “Tarixi bəyannaməni alqışlayırıq” - Polşa XİN
- 11:02 “Azərbaycan Prezidentinin Vaşinqtona səfəri bölgədə yeni reallıqların əsasını qoydu”
- 10:51 Bakıda ağır QƏZA: Xilasedicilər cəlb edildi - VİDEO
- 10:36 Bəzi yerlərdə güclü külək əsir - FAKTİKİ HAVA
- 10:14 Ağ Ev İlham Əliyevin postunu paylaşdı - FOTO
- 10:02 Xaçmazda çaqqallar kənd sakinlərinə hücum etdi - Yaralılar var
- 09:38 Tramp dünyanın ən təhlükəli şəhərlərindən birininin adını çəkdi
- 09:24 Yaponiyada dəhşətli vulkan
- 09:07 Bu gün imtahan var
- 08:30 Arıqlamaq istəyəndə darçından istifadə edin
- 08:00 Təbii təzyiq dərmanı - Damarları anında genişlədir
- 01:30 Türkiyədə bu kənd tamamilə boşaldıldı
- 01:00 "Vaşinqton Bəyannaməsinə İran rəsmilərinin mövqeyi ikrah doğurur"
- 00:30 Elektrikli avtomobil almazdan əvvəl nəyi bilməlisiniz?
- 09 Avqust 2025
- 23:52 Çində universiteti yenicə bitirib qayıtmışdı: Qəzada öldü - FOTO
- 23:21 Ağdamda güclü yanğın - FOTO
- 22:51 2 nəfər bıçaqlandı - Gəncədə DƏHŞƏT
- 22:44 Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və nəticələri alqışlayır - REZUME
- 22:26 İsrail Prezidenti ilə Baş nazirindən Azərbaycan lideri və xalqına TƏBRİK
- 22:07 Azərbaycanın təbii qazı Suriyaya çatdı
- 21:53 Ceyhun Bayramov həmkarı ilə ABŞ səfərini müzakirə etdi
- 21:26 Şavkat Mirziyoyev Azərbaycan xalqını təbrik etdi
- 21:14 Tərtərdə it sahibini parçaladı
- 20:52 “Ukrayna öz ərazilərini işğalçılara verməyəcək” - Zelenski
- 20:36 "Hizbullah"ın xüsusi təyinatlılarının komandiri məhv edildi
- 20:25 "İran ya Rusiya ilə, ya da tək Zəngəzur dəhlizinin açılmasına mane olacaq" - Xameneyinin müşaviri
- 20:16 Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
- 19:56 Addai “Qarabağ”dan ayrılır?
- 19:38 Zəngəzur dəhlizi Rusiyanın əlindən niyə çıxdı? – Vaşinqton razılaşmalarının şok detalı
- 19:07 İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
- 18:59 Evlərdən oğurluq edən 3 nəfər tutuldu
- 18:33 Okan Buruk Safonovun transferinə buna görə “yox” deyib - SƏBƏB
- 18:07 Rusiyadan ABŞ görüşünə rəsmi reaksiya
- 17:58 Ərdoğan İlham Əliyevi təbrik etdi
- 17:54 "Biz İlham Əliyevin qarşısını ala bilmədik" - Prezidentin Vaşinqton ZƏFƏRİ
- 17:37 Qatardan istifadə edənlərin nəzərinə! - Yeni QRAFİK
- 17:01 "Sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir" - Bahar Muradova
- 16:42 Ravvin Makronu ölümlə hədələdi - Araşdırma başladı
- 16:19 Livanda silah anbarında partlayış oldu - 6 hərbçi öldü
- 15:47 "Əldə edilən razılaşmalar tarixi əhəmiyyətə malikdir" - Deputat
- 15:29 “Real”ın yeni 9 nömrəsi o oldu
- 15:12 "ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoydu" - RƏY
- 14:54 Zelenski də Tramp-Putin görüşündə iştirak edə bilər
- 14:30 Azərbaycanın Vaşinqton səfəri - Qafqazda sülhə doğru tarixi addım
- 14:05 Prezidentin Trampla görüşündən UNİKAL KADRLAR
- 13:56 Dünya mediası tarixi görüşdən yazır

