Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru işdən çıxarılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Yusif Babanlı vəzifəsindən azad olunub.
Qeyd edək ki, Y.Babanlının yerinə Gənclər və İdman nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov təyin edilib.