Ermənistan ordusu itki verib: sayları açıqlandı

16:23 - 10 Dekabr 2021

Ermənistan ordusu itki verib: sayları açıqlandı

Ermənistanan ordusunun səhrəddə törətdiyi təxribata cavab reaksiyası zamanı 1 erməni hərbçi ölüb, bir neçəsi isə yaralanıb.

 

Manset.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə “aysor.am” yazır.

Dekabrın 10-da günorta saatlarında Azərbaycanla sərhəddə baş verən təxribat nəticəsində baş verən atışmada Ermənistan tərəfdən 1 əsgər ölüb, 4 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yaralıların şəxsiyyətləri və vəziyyəti barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

"Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb", - Müdafiə Nazirliyinin məlumatında bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az