“3+3” ölkələri Gürcüstanın platformanın işinə qoşulmasında Maraqlıdır

19:36 - 10 Dekabr 2021

“3+3” ölkələri Gürcüstanın platformanın işinə qoşulmasında Maraqlıdır

Moskvada Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun iştirakı ilə “3+3” regional məşvərətçi platformasının ilk iclası keçirilib.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.

“Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunub.

İclas iştirakçıları həmçinin aidiyyəti nazirlik və idarələrin müzakirələrə cəlb olunması ilə bağlı gələcək planları müzakirə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az