Fransanın yeni səfiri Bakıda - FOTO

19:18 - 19 Sentyabr 2025

Fransanın yeni səfiri Bakıda - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.


Bu barədə Manset.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Ceyhun Bayramov Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Ceyhun Bayramov həmçinin Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az