Vilayət Eyvazovdan Ramiz Zeynalovun rəis bacısı oğlunun yerinə TƏYİNAT

12:35 - 04 Yanvar 2022

Vilayət Eyvazovdan Ramiz Zeynalovun rəis  bacısı oğlunun yerinə TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə polis mayoru Vüqar Orucov Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilərək təqaüdə göndərmişdi.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az