“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə qarşıdan gələn Novruz bayramına həsr olunmuş “ Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib.
Manset.az xəbər verir ki, sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova,
“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov, YAP
Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media
nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında
baş tutuan sərgidə müxtəlif yaş qrupundan olan rəssamın əsərləri
təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət
nümunələri nümayiş olunub.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Novruz bayramı münasibətilə təşkil olunan rəsm sərgisi milli-mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin təbliği baxımından əlamətdardır. Sərgidə nümayiş etdirilən əsərlərdə baharın gəlişi, təbiətin oyanışı və Novruz bayramının qədim adət-ənənələri yüksək bədii ustalıqla təsvir olunmuşdu. Rəssamların yaratdıqları tablolar səməni, tonqal, bayram süfrəsi və xalqımızın əsrlər boyu yaşatdığı dəyərləri rənglərin harmoniyası ilə təqdim edilib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına daim böyük diqqət
yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına xüsusi önəm
vermişdir. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli bayramlarımızın və
əlamətdar günlərin yüksək səviyyədə qeyd olunması ölkəmizdə milli birlik və
həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün artıq Novruz bayramı və
digər əlamətdar günlər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında da
böyük coşqu ilə qeyd olunur. Azad edilmiş şəhər və kəndlərimizdə tonqalların
alovlanması, bayram tədbirlərinin keçirilməsi xalqımız üçün xüsusi qürur və
sevinc mənbəyidir. Bu mənada təşkil olunan rəsm sərgisi də həm Novruz
bayramının mənəvi mahiyyətini, həm də müstəqil və qalib Azərbaycanın ruhunu
özündə əks etdirən əhəmiyyətli mədəni tədbir kimi dəyərləndirilir. Çıxışının
sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn Novruz bayramı münasibəti ilə sərgi
iştirakçılarını təbrik edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlığını bildirib. Çıxışda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu Azərbaycan qadınının sənətə bağlılığından xəbər verir. Çıxışın sonunda Novruz bayramı münasibəti ilə sərgi iştirakçıları təbrik edilib.
Çıxışlardan sonra rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.