Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

15:52 - 20 Yanvar 2022

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

 

Manşet.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam edəcəyik”, - paylaşımda bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az