Ceyhun Bayramov avstriyalı nazirlə görüşdü

23:04 - 20 Yanvar 2022

Ceyhun Bayramov avstriyalı nazirlə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri müzakirə olunub, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd olunub.

Nazirlər cari ildə ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib. C.Bayramov post-münaqişə dövründə regionda mövcud olan vəziyyət, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az