DSX-nin əsgəri hospitalda intihar etdi - Özünü binadan ATDI

14:08 - 22 Yanvar 2022

DSX-nin əsgəri hospitalda intihar etdi - Özünü binadan ATDI

Bakıda Dövlət Sərhəd Xidmətinin hospitalında intihar hadisəsi qeydə alınıb.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əsgər Rzaquliyev Ramiz Xəqani oğlu özünü hospitalın damından ataraq öldürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, DSX Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az