logo
logo logo
logo

"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb" - Prezident 

10:50 - 28 Oktyabr 2026

\"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb\" - Prezident 

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılara müraciətində deyib.

Dövlət başçısı bildirib ki, rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az