İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Manset.az xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bakıda Şəhidlər xiyabanını ziyarət etdim. Azadlıq uğrunda həyatını itirənlərin, nifrət və zülm qurbanlarının hamısının xatirəsini ehtiramla yad edirəm”, – deyə Tayani bildirib.
Visita al Cimitero dei Martiri di Baku. Un omaggio a tutti i caduti per la Libertà, alle vittime dell’odio e dell’oppressione. https://t.co/QIx3z4lgLi
— Antonio Tajani (@Antonio_Tajani) November 23, 2026