Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manset.az xəbər verir ki, Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.
İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".
Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təkilfi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 5 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun 7 mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".
F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".
Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.///report
"Hadisədən 20 il keçib, ortada bir dənə də olsun sübut yoxdur" - Rövşən Əkbərov
14:23 - 30 İyul 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 Fevral 2026 - 10:12
İcra başçısının bacısı işdən çıxarıldı
08 Fevral 2026 - 23:34
Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralılar var
08 Fevral 2026 - 19:30
Qubada bir ailənin 8 üzvü ZƏHƏRLƏNDİ
09 Fevral 2026 - 11:26
Naxçıvana yeni Baş nazir təyin olundu
08 Fevral 2026 - 17:28
“Qarabağ”dan ayrılan Nəriman hansı klubda oynayacaq?
08 Fevral 2026 - 22:36
Sərnişinin halı pisləşdi - Təyyarə məcburi Bakıya endi
08 Fevral 2026 - 18:58
“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı
08 Fevral 2026 - 16:52
Daha bir ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək
08 Fevral 2026 - 19:48
Toyuq məhsullarının ixracı sabahdan dayandırılacaq
08 Fevral 2026 - 21:55
Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanıldı
08 Fevral 2026 - 22:51
Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb - Göygöldəki qətlin təfərrüatı
08 Fevral 2026 - 18:23
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
Xəbər xətti
- 09 Fevral 2026
- 15:54 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılır - VİDEO/FOTO
- 15:40 Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi
- 15:29 Polis olmaq istəyən xanımların NƏZƏRİNƏ
- 15:20 Qar yağacaq, yollar buz bağlayacaq - Hava kəskin dəyişir
- 15:15 Rusiyada qətlə yetirilən general-mayorun qatilləri tutuldu
- 15:11 Azərbaycanda 39 yaşlı vəkil qəfil öldü - FOTO
- 14:42 Ölkənin ən varlı 5 bələdiyyəsi
- 14:42 Hərbi helikopter qəzaya düşdü - 2 nəfər həlak oldu
- 14:26 İlham Əliyevdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM
- 14:18 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi
- 14:13 Leyla Əliyeva Göygöldən fotolar paylaşdı
- 14:00 Azərbaycanda 2 həkim həbs edildi
- 13:44 “Nyukasl”la oyunun biletləri satışa çıxarılır
- 13:30 Prezident daha bir qəbul keçirdi - FOTOLAR
- 13:23 Məşhur restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTOLAR
- 13:12 Bakıya bu tarixdə yenidən qar yağacaq
- 13:00 Azərbaycanda bu şəxslərin maaşları artırılacaq
- 12:56 İcra başçısı müavinini də işdən çıxardı
- 12:51 Bacısını və bacısı oğlunu bıçaqlayan dayı özünü binadan atdı
- 12:46 Şəxsi məlumat yayan media subyekti məsuliyyət daşıyacaq
- 12:31 Anası ilə dalaşdı - Əsəbiləşib evi yandırdı
- 12:27 bp və TLM yeni layihə təqdim etdi - “Parlaq rənglərin işığında”
- 12:25 Türkiyədə məktəbdə iyrənc hadisə
- 12:06 İlham Əliyev qəbul keçirdi - FOTOLAR
- 12:03 "Klassik qəzetçilik səhnəni tərk edir" - "The Washington Post"da ixtisarlar başladı
- 11:58 Naxçıvana yeni təyin olunan baş nazir kimdir?
- 11:47 “Okuklu Holding”in qanunsuz tikinti cəhdi polis tərəfindən dayandırıldı
- 11:37 Tır dəhşətli qəza törətdi - 30 nəfər həlak oldu
- 11:26 Naxçıvana yeni Baş nazir təyin olundu
- 11:22 Baş nazirdən YENİ QƏRAR
- 10:54 Yaponiyada Takaiçi zəfərini elan etdi - Trampdan tam dəstək gəldi
- 10:38 Güllələnən müəllimin SON VƏZİYYƏTİ
- 10:31 Oğurladığı bank kartındakı pulları mağazada xərclədi - Saxlanıldı
- 10:24 "Azərsun Holdinq” fermerlər üçün maarifləndirici görüşlər təşkil etdi - FOTOLAR
- 10:12 İcra başçısının bacısı işdən çıxarıldı
- 09:52 21 kq narkotik vasitə aşkarlandı - Bakıda əməliyyat
- 09:44 Yeniyetmələr arasında bıçaqlanma - 17 yaşlı oğlan saxlanıldı
- 09:30 Narkotikin təsiri ilə avtomobil sürdülər - Həbs olundular
- 09:17 Zirə qəsəbəsində YANĞIN - VİDEO
- 09:10 Leyla Əliyevanın Gəncədən PAYLAŞIMI
- 08:58 Paytaxtın bu küçələrində sıxlıq var
- 08:30 Tez-tez əsnəmək hansı orqandakı problemdən xəbər verir?
- 08:00 Qışda xəstələnməmək üçün bunları edin
- 07:30 Evdə niyə fit çalmaq olmaz? - Əsl səbəb, xurafat deyil
- 01:30 Bu qidalar xoşbəxtlik hormonunu artırır
- 00:30 Taliska "Fənərbaxça"da qaldı
- 08 Fevral 2026
- 23:51 ABŞ-nin vitse-prezidenti Azərbaycana bu tarixdə gələcək
- 23:34 Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralılar var
- 23:17 Ağcabədidə qəza - Yaralılar var
- 22:51 Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb - Göygöldəki qətlin təfərrüatı
- 22:36 Sərnişinin halı pisləşdi - Təyyarə məcburi Bakıya endi