Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Manset.az xəbər verir ki, Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.
İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".
Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təkilfi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 5 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun 7 mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".
F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".
Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.///report
"Hadisədən 20 il keçib, ortada bir dənə də olsun sübut yoxdur" - Rövşən Əkbərov
14:23 - 30 İyul 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 İyul 2026 - 10:15
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
14 İyul 2026 - 13:36
Azərbaycanın strateji baxışı Şuşadan dünyaya çatdırıldı
14 İyul 2026 - 14:10
Xaləddin İsgəndərovun bacısı oğlu və Elçin İbrahimov barədə İLGİNC İDDİA
14 İyul 2026 - 17:05
Sabiq icra başçısının həbs müddəti uzadıldı
14 İyul 2026 - 16:30
Rusiyadan Ukrayna ilə təhlükəsizliyə dair AÇIQLAMA
14 İyul 2026 - 13:05
Zaur Nəbioğlu mətbuat katibi təyin olundu
14 İyul 2026 - 17:14
Avropa əhalisi kəskin azalacaq - PROQNOZ
14 İyul 2026 - 16:21
“Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”
14 İyul 2026 - 17:19
Bacısının cəsədi ilə 1 həftə eyni evdə qaldı - Dəhşətli hadisə
14 İyul 2026 - 16:39
Fransada dəhşətli meşə yanğınları davam edir
14 İyul 2026 - 16:17
"Hörmüz boğazı ABŞ-nin təzyiqləri ilə açılmayacaq" - İran
14 İyul 2026 - 17:55
Ukrayna hökuməti istefaya göndərildi
Xəbər xətti
- 15 İyul 2026
- 09:49 Neftimizin yeni QİYMƏTİ
- 09:37 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - VİDEO
- 09:23 Bakıda yanacaq daşıyan maşın yandı - VİDEO
- 09:10 Azərbaycan XİN Türkiyəni təbrik etdi
- 08:59 Bakının bəzi küçələrində sıxlıq var
- 08:30 Peşəkar futbolçularda beyin həcminin azalması AŞKARLANDI
- 08:00 Mövsümi giləmeyvələri necə təzə saxlamaq olar?
- 07:30 Hər gün qarpız yesək nə olar? - Bilinməyən faydaları
- 01:30 Çay əvəzinə su için
- 01:00 Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
- 00:30 "Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
- 14 İyul 2026
- 23:58 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Gəmi kapitani axtarılır - RƏSMİ
- 23:51 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 23:42 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:29 56 yaşlı piyadanı maşın vurdu
- 23:12 Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu - FOTO
- 22:59 SEPAH ABŞ-nin bazasına hücum etdi
- 22:47 Türkiyədə zəlzələ oldu
- 22:33 Ucar sakini Qazaxıstanda yol qəzasında ÖLDÜ
- 22:18 Pelleqrini təyyarə ilə Füzulidən Bakıya uçub - FOTOLAR
- 21:48 III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edilir
- 21:26 "Qəbələ" "Kəpəz"i məğlub etdi
- 21:04 Bu 2 küçədə hərəkət məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ
- 21:00 Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan tədbir keçirildi - FOTOLAR
- 20:46 Xankəndidə Prezidentin adından Pelleqrininin şərəfinə nahar verildi - FOTOLAR
- 20:31 Bakıda daha 3 ünvanda yol təmiri başa çatdı
- 20:29 Qarabağdakı vacib görüşdən yeni kadrlar - VİDEO
- 20:17 Rayon rəhbəri müharibə əlilləri və iştirakçıları ilə görüşdü
- 19:51 Daha bir marşrut xəttinin avtobusları yenilənir
- 19:32 Gəncədə 6 nəfər zəhərləndi - 2-si azyaşlıdır
- 19:23 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
- 19:16 "İlham Əliyev Şuşadan yeni geosiyasi reallıqları dünyaya bəyan etdi" - Deputat
- 18:58 Araz Əhmədov şəhid mayor Anar Novruzovun məzarını ziyarət etdi - FOTO
- 18:49 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilir
- 18:31 Hazırda 13 yolda tıxac var - SİYAHI
- 18:15 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO
- 17:55 Ukrayna hökuməti istefaya göndərildi
- 17:23 ABŞ-də məşhur şirkəti məhkəməyə verdilər - SƏBƏB
- 17:19 Bacısının cəsədi ilə 1 həftə eyni evdə qaldı - Dəhşətli hadisə
- 17:14 Avropa əhalisi kəskin azalacaq - PROQNOZ
- 17:12 Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
- 17:05 Sabiq icra başçısının həbs müddəti uzadıldı
- 16:39 Fransada dəhşətli meşə yanğınları davam edir
- 16:30 Rusiyadan Ukrayna ilə təhlükəsizliyə dair AÇIQLAMA
- 16:21 “Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”
- 16:17 "Hörmüz boğazı ABŞ-nin təzyiqləri ilə açılmayacaq" - İran
- 16:02 “Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir”
- 16:01 Venesuelada zəlzələdə ölənlərin sayı 4500-ü keçdi
- 15:52 Peter Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- 15:45 Cəmilə İsmayılzadəyə Qarabağda yüksək vəzifə verildi
- 15:27 Abşeronda tədbir keçirildi - FOTOLAR