Çin ABŞ və müttəfiqlərinə xəbərdarlıq etdi: “Regionda gərginliyi artıracaq addımlardan çəkinin”

16:24 - 15 Yanvar 2024

Çin ABŞ və müttəfiqlərinə xəbərdarlıq etdi: “Regionda gərginliyi artıracaq addımlardan çəkinin”

Çinin xarici işlər naziri Vanq Yi ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hava hücumlarından sonra Qırmızı dənizdə gərginliyi artıracaq addımlar atmamaq barədə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istionadən məlumatına görə, nazir Vanq bu barədə Misirə səfəri zamanı həmkarı Samih Şükri ilə keçirdiyi ortaq mətbuat konfransında danışıb.

Pekin rəhbərliyi ABŞ və müttəfiqlərinə xəbərdarlıq edərək, "Qırmızı dənizdə gərginliyi artıracaq hər hansı addımdan çəkinin" deyib.

Vanq, bölgədəki gərginliyin İsrailin hücumları altında olan Qəzza böhranının "yayıcı təsirinin" olduğuna diqqət çəkib.

Vanq vurğulayıb ki, Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiya regionda gərginliyi artıracaq və təhlükəsizlik risklərini artıracaq addımlardan çəkinməlidir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az