Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.69 ABŞ dolları və ya 0.79% artaraq 87,62 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 86,93 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar təşkil edib.