Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

13:41 - 15 May 2025

Azərbaycanda bu sahədə çalışanlar yüksək maaş alır

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib.


Manset.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 632 manat, özəl sektorda isə 2 209 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 13 %, özəl sektorda isə 11 % artıb.

Aprelin 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3 % çoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv