Bu ilin II rübündə mənzil bazarında qiymət indeksi I rübə nəzərən 1.1% artıb.
Manset.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bu dövrdə qiymətləri ilkin mənzil bazarında 3.2%, təkrar mənzil bazarında isə 1.1% yüksəlib.
2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrünə nisbətən 13.8%, o cümlədən ilkin mənzil bazarında 12.9%, təkrar mənzil bazarında isə 13.8% artıb.