Qızılın qiyməti tarixi maksimuma çatdı

00:30 - 16 Sentyabr 2025

Qızılın qiyməti tarixi maksimuma çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə qızıl füçerslərinin qiyməti 2025-ci il sentyabrın 9-dan bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 700 dollar göstəricisini keçib və tarixi maksimumunu yeniləyib.


Manset.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 17:40-a olan məlumata görə, qiymətli metalın qiyməti 1 trua unsiyası üçün 3 701,2 dollar (+0,48%) təşkil edib.

Bakı vaxtı ilə saat 19:58-ə olan məlumata görə, qızılın qiyməti öz artımını sürətləndirərək, 1 trua unsiyası üçün 3 722,2 dollar (+1,05%) səviyyəsində alqı-satqı edilib və tarixi maksimumu yeniləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az