Bu şəhərdə evlərin təmirinə 3,4 milyon manat ayrıldı

13:33 - 20 Sentyabr 2025

Bu şəhərdə evlərin təmirinə 3,4 milyon manat ayrıldı

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri mərhələli şəkildə davam etdirilməkdədir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu işlərin davamı kimi Xocalı şəhər inzibati ərazisində bir sıra fərdi yaşayış evlərinin təmir və yenidənqurulması işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Dövlət xidməti sözügedən işlərin icrasını “Şinkar Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 3,4 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu “Şinkar Holding” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon manat olan şirkətin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az