Azərbaycan nefti bu gün neçəyə satılır?

10:10 - 08 Oktyabr 2025

Azərbaycan nefti bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,25 ABŞ dolları və ya 0,36% azalaraq 69,87 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 70,12 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az