Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə
keçirilən “Bankçılıq Mükafatları – 2025”in qalibləri müəyyən olunub. Kapital
Bank 7 nominasiyada mükafata layiq görülüb.
ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin
nəticələrinə əsasən, Kapital Bank “Korporativ sosial məsuliyyət”, “Maliyyə
savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə
əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal
ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə
təhlükəsizliyə dair maarifləndirmə layihələri” və “Beynəlxalq əməkdaşlığın
inkişafında fərqlənən bank” nominasiyaları üzrə qalib olub.
Qeyd edək ki, Kapital Bank ötən il ərzində bu istiqamətlərin
hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın
korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına
və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər
sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə
fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun
uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.