Azərbaycanda
sahibkarlığın dəstəklənməsi istiqamətində aparıcı maliyyə institutlarından biri
olan AccessBank mikro
bizneslərin
inkişafına töhfə vermək məqsədilə yeni “Gül kimi” təklifini təqdim edir.
Təklif
çərçivəsində sahibkarlar AccessBank tərəfindən təqdim olunan Mikro
Biznes Dəstəyi məhsulu
ilə 100 000 AZN-dək maliyyələşməni sərfəli şərtlərlə əldə edə bilərlər. Bu
təklif xüsusilə fəaliyyətini genişləndirmək və ya yeni biznes qurmaq istəyənlər
üçün əlverişli imkan yaradır.
Mikro
Biznes Dəstəyi krediti maksimum 48 ay müddətinədək təqdim olunur, komissiya haqqı
isə 0–3% aralığındadır. Kredit üzrə illik faiz dərəcəsi minimum 12%, maksimum
30% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 19%-dən
başlayır.
AccessBank sadə və şəffaf şərtlər, operativ xidmətlər və
ehtiyaclara uyğun çevik maliyyələşmə imkanları təqdim etməyə davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.