Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti dəyər itirib.
Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üçün qiymət 5,05 ABŞ dolları ucuzlaşaraq 119,98 ABŞ dollarına düşüb
Dünya neft qiymətlərinə ABŞ-la İran arasında 2 həftəlik atəşkəs razılaşması və bu gün Pakistan paytaxtı İslamabadda keçiriləcək görüşün təsir göstərəcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.