Ölkənin birinci bankı Kapital Bank dayanıqlı inkişaf və
yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank
və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi
Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq
müqaviləsi imzalanıb.
Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.
Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata
keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi və şərtləri,
uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri
qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında
hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə
imzalan bu müqavilənin verəcəyi
töfhələri vurğulayıb. Kapital Bank-la 2018-ci ildən etibarən tərəfdaşlığın olduğunu diqqətə çatdıran Samir Axundov yeni
istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib.
Fərid Hidayətzadə isə çıxışında yaşıl layihələrin
maliyyələşdirilməsinin Kapital Bank üçün
prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, bildirib ki, bu çərçivədə
sahibkarlara yaşıl kreditlər təqdim olunur, günəş panelləri və elektrikli
avtomobillər üçün şarj məntəqələri kimi layihələr dəstəklənir. Həmçinin o, EMTA
ilə imzalanan əməkdaşlıq müqaviləsinin güzəştli maliyyələşdirmənin
genişləndirilməsinə xidmət etməklə yanaşı, resurslardan daha səmərəli
istifadəsinə və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyini qeyd edib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.