2022-2023-cü tədris ilinin yaz semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
Bu barədə Manset.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, bu günə qədər 4183 nəfərə TTK verilib. Onlardan 1467 nəfərin müraciəti sosial TTK, 2716 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.