Azərbaycanda tütün əkini 56% artıb

17:56 - 29 May 2023

Azərbaycanda tütün əkini 56% artıb

Bu il Azərbaycanda yazlıq əkinlər dövründə 1 min 242,6 hektar sahədə tütün əkini aparılıb.

 

Manset.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün əkinlərinin sahəsi 55,9 % artıb. Nazirlik bildirir ki, əkin davam edir.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 261,4 milyon manatlıq tütün məmulatları istehsal edilib ki, bu da, illik müqayisədə 9,8 % çoxdur. Hesabat dövründə tütün məmulatlarından siqaret və siqar istehsalı 25,2 % artaraq 4 milyard 703,1 milyon ədədə çatıb, tütün istehsalı isə 86,8 % azalaraq 223,2 tona enib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az